Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos" ciddi itki ilə üzləşib.
Sportal.az xbər verir ki, Yunanıstan klubunun qapıçısı Tomaş Vatslik sıradan çıxıb.
UEFA Millətlər Liqasında Çexiyanın İsveçrə ilə matçında (2:1) zədələnən qolkiperin durumu bəlli olub. Çiynindən zədə alan 33 yaşlı əlcək sahibi 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu, isə çexiyalı futbolçunun Avropa Liqasında "Qarabağ"la oyunları buraxacağı deməkdir.
Qeyd edək ki, "Qarabağ" Olipiakos"la ilk oyunu 6 oktyabr tarixində səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda baş tutacaq.
saytlarin hazirlanmasi