"Barselona" Usman Dembeleye əvəzləyici tapıb.
Sportal.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi fransalı yarımmüdafiəçi ilə müqavilə müddətini uzatmayacaq.
"Barsa" onun əvəzinə isə "Vilyarreal"ın 25 yaşlı futbolçusu Nikolas Ceksonu heyətinə qatmağa çalışacaq.
Hazırki klubu Cekson üçün yüksək məbləğ tələb etməsə, "Barselona" onun transferini qışda reallaşdıracaq. Artıq tərəflər danışıqlara start verib. 21 yaşlı seneqallı ölkəsinin “Kasa Sports” klubunda oynadıqdan sonra 2020-ci ildə “Vilyarreal”ın B komandasına keçib.
“Mirandes”də icarə əsasında da çıxış etmiş gənc hücumameyilli futbolçu 2021-ci ildən “Vilyarreal”ın əsas komandasında oynayır.