"Tottenhem" Antonio Konte ilə müqavilə müddətini uzatmaq istəyir.
Sportal.az "The Times"a istinadən xəbər verir ki, italiyalı mütəxəssis özü isə müqavilə müddətini uzatmaq üçün tələsmir.
53 yaşlı mütəxəssis bir neçə gün əvvəl "Yuventus"dan təklif alıb. London klubu ilə müqavilə müddətini uzatmağa tələsməsə də, bu komandadan ayrılmaq fikrində də deyil.
O, 2021-ci ilin noyabr ayımndan "Tottenhem"i çalışdırır.