"Yuventus" və "Milan" "Real"ın müdafiəçisini istəyir

22:47 - 31 Oktyabr 2022

"Real"ın müdafiəçisi Alvaro Odriosola İtaliyaya qayıdacaq.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, ispaniyalı müdafiəçiyə “Milan” və "Yuventus"dan dəvət gəlib.

"Fiorentina"nın sabiq üzvü oyun praktikası qazanmaq üçün bu iki klubdan birinin təklifini dəyərləndirmək istəyir. 

"Kral klubu" qışda 26 yaşlı müdafiəçini satacaq. 

​"Real Sosyedad" yetirməsi olan futbolçu 2018-ci ildə Madrid klubuna keçib.

Xəbər xətti