"Spaeri"də işlərim pis getmir. Bir az zədəm var idi, amma artıq düzəlmişəm. Yavaş-yavaş oynamağa başlamışam. Premyer Liqaya yüksəlməyə yaxınıq. Sona dörd tur qalıb. İnanıram ki, son oyunları da uğurlu başa vuraraq, yüksək liqa uğrunda mübarizəni davam etdirəcəyik".
Bu sözləri Sportal.az saytına açıqlamasında Nikolaz Baçaliaşvili deyib.
Azərbaycan vətəndaşı olan gürcüəsilli futbolçu ona ölkəmizdən təklif olduğunu da söyləyib:
"Əslində, mənə təkliflər var idi. Sadəcə olaraq, zədəmi tam sağaltmamışdım. Ona görə də Azərbaycanda qalmaq, yalandan müqavilə imzalayıb, oynamadan maaş almaq, zədəli-zədəli vaxtımı keçirməyi istəmədim. Mən bu cür adam deyiləm. Müqavilə imzalayıramsa, komandaya dərhaı kömək etmək istəyirəm. İnanıram ki, yenidən Azərbaycana qayıdışım baş tutacaq. İndi "Spaeri"də yüksək liqa uğrunda mübarizə aparırıq. Qışda hər şey ola bilər".
Aşağı yaş qruplarından ibarət yığma komandalarda oynamış Nikolaz Azərbaycanın U-21 və əsas millisində çıxış etmək niyyətində olduğunu da bildirib:
"Azərbaycanın aşağı yaş qruplarında oynamışam. Məşqçilər və futbolçular da məni tanıyır. Hər zaman yığmaya kömək olmağa çalışmışam. Mən yığmanın heyətində oyunlara çıxanda, Azərbaycan himnini oxuyanda əlavə motivasiya qazanırdım. Gələcəkdə də Azərbaycanın U-21 və əsas millisində oynamaq istəyirəm. Bilirəm ki, yenidən özümə gələrək, oynayaraq Azərbaycan yığmasına dəvət edilə bilərəm".
Mirbağırağa
saytlarin hazirlanmasi