Xərçəng aşkarlanan hücumçu yenidən əməliyyat olunacaq

19:23 - 17 Noyabr 2022

Dortmund "Borussiya"sının hücumçusu Sebastian Haller yenidən əməliyyat olunacaq.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı forvard bu barədə sosial şəbəkə hesabında açıqlama paylaşıb: 

 

“Mübarizəm bitməyib. Məni futbol meydançasından uzaqlaşdıran bu şişə son qoymaq üçün əməliyyat olunmalıyam. Dəstək mesajlarına və mənə verdiyiniz motivasiyaya görə hamınıza təşəkkür etmək istərdim”.

 

Qeyd edək ki, "Borussiya" Halleri yay transfer pəncərəsi zamanı "Ayaks"dan transfer edib. Təcrübəli forvard məşq zamanı özünü pis hiss etdiyinə görə tibbi müayinədən keçidikdən sonra onda xərçəng aşkarlanmışdı. Fil Dişi Sahili yığmasının üzvü bundan sonra əməliyyat olunmuşdu.

Xəbər xətti