"Bavariya"nın idarə heyətinin üzvü Oliver Kan Kriştiano Ronaldo ilə bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin rəsmisi "Mançester Yunayted"dən ayrılan portuqaliyalı hücumçunu transfer etməyəcəklərini deyib:
"Ronaldo üçün həmlə etməyəcəyik. Hamımız Kriştianonu sevirik, amma bizim strategiyamız fərqlidir. Komandanın necə olmağına dair konkret fikrimiz və fəlsəfəmiz var".
Tarix: 29 Noyabr [22:10]
|
|
Müəllif: Sportal.az
|