"Zirə"nin braziliyalı hücumçusu zədələndi

19:41 - 8 Dekabr 2022

"Zirə" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində öz meydanında "Neftçi"ni qəbul edir.

 

Sportal.az xəbər verir ki, bu görüşdə "qartallar" da ciddi itki ilə üzləşib. Belə ki, braziliyalı hücumçu Filipe Paxtman zədələnərək meydanı tərk edib. Onun əvəzinə Məhəmməd Hamdaui oyuna girib.

 

Qeyd edək ki, bu qarşılaşmada "Neftçi"nin yarımmüdafiəçisi Eddi İsrafilov da zədələnərək meydandan çıxıb.

 

Hazırda ikinci hissəsi oynanılan "Zirə"  - "Neftçi" matçında meydan sahiblərinin 1:0 hesablı üstünlüyü davam edir.

Xəbər xətti