“Kəpəz” Azərbaycan kubokunda 30-cu məğlubiyyətini alıb.
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi 1/4 finalın ilk matçında “Turan Tovuz”a uduzub – 1:2.
Turnirdə 103-cü görüşünə çıxan “Kəpəz” 58 qələbə qazanıb və 15 dəfə heç-heçə edib. Qərblilər 13 dəfə evdə, 17 dəfə səfərdə uduzub.
Qeyd edək ki, “Kəpəz”in ilk məğlubiyyəti Tovuzun digər klubu “Turan”la matça təsadüf edib. 1992-ci ildə 1/8 finalın görüşündə gəncəlilər səfərdə 0:1 hesablı məğlubiyyət alıb.
saytlarin hazirlanmasi