"Kəpəz" sabah Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində “Turan Tovuz”un qonağı olacaq.
Sportal.az xəbər verir ki, qarşıdakı görüş öncəki klubun mətbuat xidməti Tural Rzayevin fikirləri öyrənib. Təcrübəli yarımmüdafiəçi mərhələsi keçmək istədiklərini deyib:
“İlk oyunda məğlub olmağımıza baxmayaraq mərhələni keçmək istəyirik. Bilirik ki, bizi çətin oyun gözləyir. Ona görə cavab matçında daha yaxşı çıxış etməliyik. Buna gücümüz çatar. İlk oyunda Tovuz klubu bizi məğlub edə bilibsə, təkrar görüşdə bizdə onlara qalib gələ bilərik. Düşünürəm ki, buna mane olacaq bir səbəb yoxdur. Hazırlıqlarımız yaxşı keçib. Tapşırıqlar verilib və necə oynamalı olduğumuzu bilirik. Həftə ərzində də bunun üzərində işləmişik. İnşallah, matçda bunu həyata keçirərək qalib gələn və mərhələ keçən tərəf biz olarıq. Azarkeşlərimiz də yarımfinala çıxmağımızı çox istəyirlər”.
saytlarin hazirlanmasi