Argentinanın çempionluq paradı zamanı yaralananlar və itkin düşənlər olub

11:45 - 21 Dekabr 2022

Argentinanın paytaxtı Buenos-Ayresdə milli komandanın dünya çempionu olması münasibətilə qələbə paradı təşkil olunub.

 

Sportal.az xəbər verir ki, tədbir zamanı yaralananlar, itkin düşənlər və saxlanılanlar olub. Polis saxlanılan şəxslərin Obeliks abidəsinə girdikləri üçün tutulduğunu açıqlayıb.

 

Zərərçəkənlərin isə xəsarətləri yıxılaraq aldığı deyilib. Bundan başqa çempionluq paradı zamanı 795 nəfərin itkin düşdüyü bildirilib. 

Xəbər xətti