Tərlan Əhmədov: "Təlim-məşq toplanışından çox şey gözləyirəm"

12:11 - 6 Yanvar 2023

"Kəpəz" mövsümün ikinci yarısının hazırlığının ilkin mərhələsini Gəncədə davam etdirir.

 

Sportal.az xəbər verir ki, "sarı-göylər"in baş məşqçisi Tərlan Əhmədov toplanşı "Kəpəz" televiziyasına dəyərləndirib. 51 yaşlı mütəxəssis təlim-məşq toplanışından çox şey gözlədiyini deyib:

 

"Əsasən fiziki yüklənmələrə üstünlük veririk. Həm topla, həm topsuz bu işləri görürük. Çalışırıq ki, oyun formasını bərpa edək. 8 gün istirahət etdik. Bu müddət ərzində futbolçularda bir az geriləmə oldu. Çalışırıq ki, həm fiziki həm də taktiki hazırlığı bərpa edək. 


Təlim-məşq toplanışından çox şey gözləyirəm. Futbolçuların çempionata daha istəkli, aqressiv, funksional hazırlığı vacibdir. Qarşıda bizi 18 turluq ağır marafon gözləyir. Qış fasiləsindən sonra bütün komandalar güclənir. Bəzi klublarda məşqçi dəyişikliyi var. Hamı özünü yaxşı tərəfdən göstərməyə çalışacaq. Biz də Antalya toplanışından maksimum istifadə edib komandanı çempionata yaxşı hazırlamaq istəyirik".

Xəbər xətti