"Kəpəz"in iki legioneri komandaya qoşuldu

19:12 - 11 Yanvar 2023

Türkiyədə toplanışda olan "Kəpəz" məşqləri davam etdirir. 

 

Sportal.az xəbər verir ki, son iki gündə Antalyada havanın yağışlı olması hazırlıq prosesinə təsir etməyib. Futbolçular baş məşqçi Tərlan Əhmədovun rəhbərliyi altında çalışıblar. 

 

Viza məsələsinə görə Antalyaya səfərləri ləngiyən Ahmed Ayzaya ilə Abdullahi Şuaybu artıq bu gündən komanda ilə birgə məşqlərə başlayıb. Onlar düşərgəyə qoşulan kimi səhər hazırlığında iştirak ediblər. 

 

Bu gün axşam saatlarında komanda daha bir məşqə çıxacaq.

Xəbər xətti