"Kəpəz" bu gün Antalya toplanışı çərçivəsində ikinci hazırlıq matçını keçirib.
Sportal.az xəbər verir ki, Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv Serbiyanın "Novi Pazar" klubu ilə üz-üzə gəlib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
Gəncə təmsilçisi Türkiyə toplanışında son matçını Qazaxıstan "Kaysar"ına qarşı keçirəcək.