Salif Sisse: "Kəpəz"ə qələbələr qazandırmaq üçün gəlmişəm"

19:58 - 23 Yanvar 2023

"Kəpəz"in yeni transferi Salif Sisse "Kəpəz" televiziyasına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, malili hücumçu komandaya güc qatacağını deyib:

 

"Komanda yaxşıdır. Antalyada məşq prosesimiz əla keçdi. Kollektivə bir az gec qoşuldum. Mənə qarşı hamının münasibəti yaxşıdır. Gəldiyim gündən baş məşqçi və komanda yoldaşlarım uyğunlaşmaq üçün çox kömək etdilər. Düşünürəm ki, komanda əvvəlkindən daha yaxşıdır. Antalyadakı yoxlama matçlarımız uğurlu alındı. Yaxşı oyun sərgilədik. Sevindirici hal odur ki, qol buraxmadıq. Bu, həqiqətən də komanda üçün çox vacib amildir.

 

İnanıram ki, mövsümün ikinci yarısında yaxşı işlər görüb nəyisə dəyişməyə nail olacağıq. "Qəbələ" ilə matçdan yaxşı nəticə ilə ayrılmaq istəyirik. "Kəpəz"in heyətində ilk rəsmi matçında 3 xal əldə edərək debütümü yaxşı etmək niyyətindəyəm. İnanıram ki, transferim komandaya əlavə güc qatacaq. "Kəpəz"ə qələbələr qazandırmaq üçün gəlmişəm. Burada olmağım komandaya çox şey qatacaq".

Xəbər xətti