"Kəpəz" heyətinə yeni qapıçı cəlb edib.
Sportal.az Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Elgün Bayramov "sarı-göylər"in formasını geyinəcək.
Gəncə futbol məktəbinin yetirməsi olan 19 yaşlı qapıçı ilə müqavilənin müddəti 1,5 illikdir. Onun sonuncu klubu MOİK olub. Gənc qolkiper aşağı yaş qrupları üzrə yığma komandalarda çıxış edib.