Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsində (KONKAKAF) 2022-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb.
Sportal.az xəbər verir ki, ötən ilin ən yaxşısı adına Kanada millisinin və "Bavariya"nın futbolçusu Alfonso Deyvis layiq görülüb. 22 yaşlı sol cinah müdafiəçisi səsvermədə bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, Alfonso Deyvis 2019-cu ilin yanvarından "Bavariya"da çıxış edir. Kanadalı oyuncu cari mövsümdə Münhen təmsilçisinin heyətində meydana çıxdığı 24 matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi