"Kəpəz" Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində səfərdə "Turan Tovuz"un qonağıdır.
Sportal.az xəbər verir ki, matç zamanı Gəncə təmsilçisinin azarkeşləri baş məşqçi Tərlan Əhmədovu istefaya səsləyiblər. Fanatlar "Tərlan istefa" şüarı ilə yanaşı futbolçuların ünvanına "Formanı çıxarın, rədd olun gedin" ifadəsini də səsləndirib.
Qeyd edək ki, hazırda ikinci hissəsi davam edən "Turan Tovuz" - "Kəpəz" qarşılaşmasında meydan sahibləri hesabda 2:0 öndədir.
saytlarin hazirlanmasi