Məşhur aktyor "Kəpəz"ə dəstək oldu - FOTO

12:59 - 3 Mart 2023

Tanınmış aktyor Elməddin Cəfərov "Kəpəz"ə dəstək olub.

 

Sportal.az xəbər verir ki, komediya aktyoru Futbolun İnkişaf Fondunun Gəncə klubuna avtobus alınması üçün həyata keçirdiyi "Kapaz100k" layihəsinə qoşulub. Elməddin Cəfərov 9 piksel alıb.

 

Bir pikselin qiyməti 15 AZN-dir. İanəçilərin əldə etdikləri piksel ölçülərinə uyğun müvafiq şəkilləri klubun avtobusunun üzərində yer alacaq və stadionun seçilmiş ərazisindəki lövhədə də öz əksini tapacaq.

 

Xəbər xətti