"Kəpəz" Azərbaycan Premyer Liqasının 26-cı turunda doğma meydanda "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, qonaqların bərabərlik qolundan öncə verilən penalti qərarı Gəncə təmsilçisini narazı salıb. "Sarı-göylər"in əsas kapitanı Turan Axundov həmin epizodun videosunu instaqram hesabında "Deyiləsi söz yoxdur" başlığı ilə paylaşıb,
"Zirə" ilə heç-heçədən sonra xallarını 21-ə yüksəldən "Kəpəz" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi