"Qəbələ"nin müdafiəçisi Murad Musayev Sportal.az saytına açıqlama verib.
Bölgə klubunun futbolçusu Misli Premyer Liqasının 26-cı turunda oynadıqları "Turan Tovuz" matçını xatırlayıb. Bununla yanaşı, Musayev sabah ölkə çempionatının 27-ci turu çərçivəsində "Şamaxı"ya qarşı keçiriləcək görüşü şərh edib:
"Son oyunda "Turan Tovuz"la qarşılaşdıq. Təbii ki, həmin matçda da qalib gəlməyi çox istəyirdik. Amma unutmayaq ki, rəqib də yaxşı komandadır. Bir az diqqətli olsaydıq, qalib gələrdik. Hər halda, həmin oyun geridə qalıb. Biz indi "Şamaxı" matçı barədə düşünürük.
Bizim üçün hər oyun çox önəmlidir və qalib gəlmək haqda düşünürük. Az xal itirməmişik. Maksimum nəticələr qazanmaq niyyətindəyik. Həm ölkə kubokunda, həm də ölkə çempionatında yaxşı yer tutmaq istəyirik. Sona qədər mübarizəmizi davam etdirəcəyik".
Mirbağırağa
saytlarin hazirlanmasi