"Barselona"nın müdafiəçisi zədələndi

20:56 - 20 Mart 2023

İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi Ronald Arauxo zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Uruqvaylı mərkəz müdafiəçisi La Liqanın 26-cı turunun "Real"la matçında sol bu əzələsindən zədə alıb. 24 yaşlı futbolçunun məşqlərə nə vaxt qoşulacağı müalicə prosesindən asılı olacaq.

Ronald Arauxo cari mövsümdə "Barselona"nın heyətində meydana çıxdığı 22 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti