Azərbaycan millisi Avstriyada məşqə çıxdı - FOTOLAR

22:30 - 23 Mart 2023

Azərbaycan milli komandası sabah AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində ilk görüşünü keçirəcək.

Sportal.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Avstriya önünə çıxacaq.

Matçdan əvvəl isə yığma komandamız bu gün görüşün keçiriləcəyi stadionda məşqə çıxıb.

Xatırladaq ki, Avstriya - Azərbaycana oyunu sabah "Raiffeisen Arena"da keçiriləcək və Bakı vaxtı ilə 23:45-də başlanacaq.

Xəbər xətti