"Qarabağ"ın sabiq legioneri Bakıya gəldi - FOTO

23:08 - 24 Mart 2023

"Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli Bakıya gəlib.

Sportal.az xəbər verir ki, albaniyalı sabiq müdafiəçi klubun bazasını ziyarət edib. Aqolli həmçinin Ağdam təmsilçisinin kapitanı Maksim Medvedev və komandada çıxış edən həmyerlisi Redon Cica ilə görüşüb.

Qeyd edək ki, Ansi Aqolli 2010-2019-cu illərdə "Qarabağ"da çıxış edib. O, Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 295 matçda 5 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti