"Turan Tovuz" Roderik Millerdən sonra daha bir futbolçunun transferinə hazırlaşır.
Sportal.az saytının məlumatına görə, Tovuz təmsilçisi Divine Nahla müqavilə imzalamaq istəyir.
Əslində, rəhbərliklə futbolçunun danışıqları müsbət yekunlaşıb. Maliyyə məsələsində də razılıq əldə edilib. Amma hazırda Danimarkada yaşayan afrikalının ölkəmizə gəlməsi üçün sənəd məsələləri yoluna qoyulmalıdır. Hələ ki, onun nə zaman ölkəmizə gələcəyi bəlli deyil.
Xatırladaq ki, qanalı futbolçu “Stromsqodset”, “NAK Breda”, “Nordşalland”, “Örebro”, “Tubize”, “Hapoel Raana”, “Mosta”, “Kauno Jalqris” klublarında oynayıb.
saytlarin hazirlanmasi