"Turan Tovuz" evdə "Sumqayıt"a uduzdu - YENİLƏNİB

17:22 - 31 Mart 2023

Misli Premyer Liqasında 4-cü dövrəyə start verilib.

Sportal.az xəbər verir ki, 28-ci turun ilk oyun günündə bir qarşılaşma baş tutub. "Turan Tovuz" doğma meydanda "Sumqayıt"ı qəbul edib. Tovuz Şəhər Stadionunda oynanılan görüşdə qonaqlar qalib gəlib. 

Turun digər oyunları 1-2 aprel tarixlərində baş tutacaq.

Misli Premyer Liqası, 28-ci tur

“Turan Tovuz” – “Sumqayıt” 2:3 

Qollar: Oduva 7, Eva 33 - Kamran Əliyev 11, 68, Karioka 58 (p)

Qırmızı vərəqə: Vüqar Mustafayev 90+4 

"Turan Tovuz": 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiçi, 19. Runi Eva, 9. Belajdi Pusi

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 7. Ehtiram Şahverdiyev, 6. Turan Vəlizadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov

Baş məşqçi: Ayxan Abbasov

“Sumqayıt”: 25. İlnur Valiev, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 22. Dieqo Karioka, 23. Kamran Aliev, 12. Todor Todoroski, 71. Masaki Murata

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 32. Murad Ağamalıyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 9. Karim Abubakar, 37. Alya Ture

Baş məşqçi: Samir Abasov

Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Xəbər xətti