"Turan Tovuz"un legionerinin son durumu bəlli oldu

15:59 - 1 Aprel 2023

Azərbaycan Premyer Liqasının 28-ci turunun "Sumqayıt"la görüşündə (2:3) zədələnən "Turan Tovuz"un yarımmüdafiəçisi Piruzi Marakvelidzenin durumuna aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, gürcü legioner üç həftə komandasına kömək edə bilməyəcək.

MRT müayinəsindən keçən Marakvelidze əzələsini dartdığı bəlli olub.

O, "Sumqayıt"la görüşün birinci hissəsində Turan Vəlizadə ilə əvəzlənmişdi.

Xəbər xətti