“Qəbələ” Premyer Liqada 600-cü qolu vurub.
Sportal.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XXVIII turuna təsadüf edib.
“Sabah”la səfər oyununda (2:3) komandanın ikinci qoluna imza atan Feras Abu Akal yubiley topunun müəllifi olub. Premyer Liqada 2006-cı ildə debüt edən “qırmızı-qaralar” 600 qoldan 317-ni evdə, 283-nü səfərdə vurub.
Xatırladaq ki, komandamızın ilk qolu 2006-cı ildə qeydə alınıb. Vüsal Qarayev İmişlidə “MKT-Araz”ın qapısına yol tapıb.
“Qəbələ”nin Premyer Liqada tarixi qolları
1-ci qol - 2006/07 mövsümü
Vüsal Qarayev - 11.08.2006. MKT-Araz (İmişli) - Gilan (Qəbələ) - 4:1
100-cü qol - 2009/10 mövsümü
Kənan Kərimov - 09.02.2010. Qəbələ - Turan (Tovuz) - 1:0
200-cü qol - 2012/13 mövsümü
Lourival Assis - 03.11.2012. Qəbələ - Neftçi (Bakı) - 2:1
300-cü qol – 2014/15 mövsümü
Viktor Mendi – 05.04.2015. AZAL (Bakı) – Qəbələ – 0:4
400-cü qol – 2016/17 mövsümü
Tellur Mütəllimov – 19.03.2017. AZAL (Bakı) – Qəbələ - 1:1
500-cü qol – 2019/20 mövsümü
Rövlan Muradov - 01.03.2020. Zirə - Qəbələ - 1:2
600-cü qol – 2022/23 mövsümü
Feras Abu Akal – 02.04.2023. Sabah – Qəbələ - 3:2
saytlarin hazirlanmasi