"Qəbələ" aparıcı oyunçularını yeni mövsüm üçün də komandada saxlamaq istəyir.
Sportal.az saytına verilən məlumata görə, bölgə təmsilçisi Murad Musayevlə müqavilə müddətini artırmaq niyyətindədir.
Belə ki, Qəbələni təmsil edən klub ən azından bir mövsümlük yeni müqavilə imzalamağı planlaşdırır.
"Qəbələ"nin yetirməsi olan 28 yaşlı futbolçuya maraq göstərən bir neçə komanda var.
Musayevin hazırkı komandasında qalıb-qalmayacağı mövsümün sonunda dəqiqləşəcək. Yayda onu "Turan Tovuz", "Kəpəz" və "Səbail" transfer etmək istəyirdi.
saytlarin hazirlanmasi