Kapitanı "Qarabağ"la görüşdə "Kəpəz"ə kömək edə bilməyəcək

10:59 - 7 Aprel 2023

Misli Premyer Liqasının 29-cu turunda "Qarabağ"la qarşılaşacaq "Kəpəz" matça itki ilə çıxacaq.

Sportal.az xəbər verir ki, Gəncə klubunun kapitanı Yusif Nəbiyev bu oyunda iştirak edə bilməyəcək.

Səbəb isə müdafiəçinin kart cəzalısı olmasıdır. O, "Səbail"lə matçda sarı vərəqə alaraq cəzalı duruma düşmüşdü.

“Qarabağ” – “Kəpəz” görüşü aprelin 9-da “Azərsun Arena”da 18:30-da start götürəcək.

Xəbər xətti