Ukrayna klubunun müdafiəçisi: "Qəbələ" nümayiş etdirdiyi futbolla yüksək yerlərə layiqdir"

15:19 - 7 Aprel 2023

"Krivbass"ın müdafiəçisi Vitali Vernidub Sportal.az saytına açıqlama verib.

35 yaşlı futbolçu sabiq komandası olan "Qəbələ"nin hazırkı çıxışı haqda danışıb. Ukraynalı bölgə klubunun Azərbaycan kubokunu qazanmaq şanslarını dəyərləndirib:

"Qəbələ"ni hər zaman izləyirəm. Çünki bu komanda karyeramda xüsusi yerə sahibdir. Orada uzun müddət oynamışam, yaxşı anlar yaşamışam. "Qəbələ"nin həm çempionatda, həm də kubokdakı çıxışını izləyirəm. Bilirəm ki, ölkə kubokunda yarımfinalda mübarizə aparırlar. Ümidvaram ki, "Qəbələ" növbəti dəfə Azərbaycan kubokunu qazanacaq. Onlar nümayiş etdirdiyi futbolla yaxşı yerlərə layiqdir".

2015-ci ildə “Zarya”dan “Qəbələ”yə keçmiş Vernidub üç il Azərbaycanda oynadıqdan sonra Ukraynaya qayıtmışdı.

Mirbağırağa

Xəbər xətti