"Kəpəz" növbəti ev oyununu Gəncədə keçirməyəcək.
Sportal.az xəbər verir ki, bu barədə PFL məlumat yayıb.
Gəncə şəhər stadionunun ot örtüyünün vəziyyəti Misli Premyer Liqasının oyunlarını qəbul etmək üçün yararlı olmaması ilə əlaqədar Peşəkar Futbol Liqası “Kəpəz” klubunun müraciət və təsdiq məktubunu nəzərə alaraq aprel ayının əvvəlcədən açıqlanan təqvimində aşağıdakı dəyişiklikləri edir:
15 aprel
“Kəpəz” - “Turan Tovuz”
Qəbələ şəhər stadionu, 16:00 (CBC Sport/canlı)
29 aprel
“Kəpəz” – “Sumqayıt”
Qəbələ şəhər stadionu, 16:00 (CBC Sport/canlı)
Renovasiya işlərinə Peşəkar Futbol Liqası tərəfindən baxış keçirildikdən sonra “Kəpəz” klubunun 33-cü turdan sonrakı ev oyunlarının Gəncədə keçirib-keçirməyəcəyinə yekun qərar veriləcək.
saytlarin hazirlanmasi