"Qəbələ" Azərbaycan Premyer Liqasının XXX turunda səfərdə "Neftçi"ni 2:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:
- Oyunun ağır kecəcəyini öncədən də bilirdik. "Neftçi" heyətində yaxşı futbolçular olan kollektivdir. Dinamik oyuna şahidlik etdik. Hər iki komanda açıq oynamağa çalışdı. Futbolçular meydanda istədiyimi verməyə çalışırdılar. Qalib gəlmək sevindiricidir. Yolumuza davam edirik.
- Üç çətin oyundan 6 xal topladınız. Qarşıda nisbətən zəif rəqiblərlə matçlarda büdrəyəcəyinizi düşünmürsünüz?
- Yox. Ümumi götürəndə çempionatda zəif, güclü anlayışı yoxdur. Hər oyunu maksimum köklənmək lazımdır ki, 3 xal qazanasan. Hamı bunu dərk edir. Bu oyundan sonra ən önəmlisi bərpa prosesini keçib kubok matçına hazırlaşmaqdır.
- Qarşıda ən çətin oyununuz "Qarabağ"a qarşıdır. Rəqib mövsüm ərzində məğlub olmayıb. Onlardan xal almağa ümid edirsiz?
- Mövsümün sonunda oynayacağımız rəqibi yox, qarşıdakı matçı düşünürük. Komandadan da soruşsanız, belə cavab verəcəklər. Bütün fikrimiz kubok oyununa yönələcək. Yaxşı nəticə əldə etmək istəyirik.
Elçin Əlixan
saytlarin hazirlanmasi