"Qəbələ"nin yarımmüdafiəçisi İsnik Alimi Sportal.az saytına açıqlama verib.
Şimali makedoniyalı futbolçu komandasının ölkə kubokunun ½ final mərhələsinin "Səbail"lə oyundakı şanslarını dəyərləndirib.
Aliminin fikrincə "Qəbələ" finala adlamaq şansına sahibdir: "Ölkə çempionatının oyunundan sonra "Səbail"lə matça hazırlaşmışıq. Komanda olaraq oyuna hazırıq. Məqsədlərin olduğu halda oynamaq yaxşıdır. Avrokuboklara vəsiqə qazanmaq istəyirik. Bunun üçün də mübarizə aparırıq. Təbii ki, avrokuboklara ölkə çempionatında dördüncü yeri tutaraq edəcəyik, yoxsa ölkə kubokunu qazanaraq, onu bilmirəm. Amma biz ölkə kubokunu qazanmaq üçün sona qədər mübarizə aparacağıq.
Bugünkü rəqibimiz də yaxşı komandadır. Çətin oyun olacağı dəqiqdir. Asan oyun olmayacağını demək mümkündür. Amma qalib gələ biləcəyimizə inanırıq. Evdə qələbə qazana bilərik. Çalışacağıq ki, məqsədimizə çataq".
Mirbağırağa
saytlarin hazirlanmasi