Yayda “Kəpəz”də ciddi islahatlar reallaşacaq. Komanda Premyer Liqada qalmasını təmin etdikdən sonra mühüm addımlar atılacaq.
Sportal.az "futbolinfo.az"a istinadən xəbər verir ki, yeni mövsümdən klubun yeni sponsorunun olacağı gözlənilir. Futbolun İnkişaf Fondu bu istiqamətdə müəyyən addımlar atıb, adı açıqlanmayan bir şirkətlə razılıq əldə edib. Lakin hər şey yeni mövsümöncəsi rəsmiləşəcək.
İndidən bəlli olan odur ki, klubda rəhbərlik dəyişəcək. İcraçı direktor İlqar Nadirinin fəaliyyəti heç kimi qane etmir. Faktiki komandanın son vaxtlardakı uğurlu çıxışı birbaşa baş məşqçi Tərlan Əhmədovun sayəsində mümkün olub. Nadirinin bir ay öncə istefaya göndərmək istədiyi çalışdırıcı bütün bu təzyiqlərə rəğmən, Gəncə klubunu çətin vəziyyətdən çıxarmağı bacardı. Bu səbəbdən “Kəpəz”də islahatlar olarkən Əhmədov yox, icraçı direktor postunu itirəcək.
Komandanın heyətində də ciddi dəyişikliklər olacaq. Heyətin əksər üzvlərinin müqaviləsi başa çatır. Başqa klublardan təklif alanlar da var, ümidi doğrultmadığı üçün məşqçinin istəmədikləri də. Bu üzdən yayda yeni sponsorun gəlişi ilə heyətə də ciddi şəkildə əl gəzdiriləcək.
saytlarin hazirlanmasi