"Boluspor"un forvardı: "Qarabağ"a qayıtmaq istəyərdim"

20:06 - 20 Aprel 2023

“Qarabağ”ın sabiq hücumçusu Dino Ndlovu Türkiyə mətbuatına danışıb.

Sportal.az xəbər verir ki, “Boluspor”un formasını geyinən afrikalı forvard Azərbaycandakı karyerasını xatırlayıb, həmçinin Ağdam təmsilçisinə qayıtmasının mümkünlüyü haqda fikirlərini bildirib. 

“Qarabağ” qəlbimdə xüsusi yer tutur. Çünki orada əksər futbolçuların karyerası ərzində edə bilmədiyinə nail olmuşam. Azərbaycan komandasını ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə çıxaranlardan biri kimi tarixə düşdüm. “Qarabağ”a qayıtmağıma gəlincə, klub məni geri qaytarmaq üçün nə etmək lazım olduğunu bilir. Təbii ki, futbolçu karyeramı bitirənə qədər daha 1-2 mövsüm “atlılar”da oynamaq istəyərdim. Amma bu addımın yaxşı düşünülməsini istəyirəm. Həm mən, həm də klub bu əməkdaşlığın uğuruna ürəkdən inanmalıyıq”.

Xatırladaq ki, cənubi afrikalı forvard 2016-2018-ci illərdə Ağdam klubunda çıxış edib.

Xəbər xətti