"Oyuna ciddi hazırlaşmışdıq. Matçın gərgin keçəcəyini bilirdik. Məqsədimiz burada qələbə qazanmaq, xal aparmaq idi. Şükür ki, uduzmadıq. Rəqibi də təbrik edirəm. Onlar da yaxşı oynadılar. Nəticədə hərəyə bir xal qazandıq. Qarşıdakı oyunlara hazırlaşacağıq".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Kəpəz"in qapıçısı Orxan Sadıqlı deyib. 30 yaşlı qolkiper Premyer Liqanın XXXI turunun "Şamaxı" ilə matçını (1:1) dəyərləndirib. Sadıqlı komandanın Premyer Liqada qalmağı 90 faiz təmin etdiyini deyib:
"Premyer Liqada qalmağı təxminən 90 faiz təmin etmişik. Ancaq arxayınlaşmaq olmaz. Qarşıda 5 ağır oyunumuz var. Həmin qarşılaşmalara ciddi hazırlaşıb tez bir zamanda Premyer liqada qalmağı təmin etmək istrəyirik".
XXIX turun "Qarabağ"la matçında (1:3) "Kəpəz"i meydana kapitan kimi çıxaran təcrübəli qolkiper bunun xüsusi motivasiya olmadığını bildirib:
"Kapitanlıq sadəcə sarğıdır, qolumuza taxırıq. Hamımızın qardaşlıq, dostluq münasibətimiz var. Nə vaxt kapitanlığı bizə versələr, onu layiqincə daşıyacağıq. "Kəpəz"in formasını geyinirik. Komandanın uğurlu olması üçün əlimizdən gələni edirik".
Elçin Əlixan
saytlarin hazirlanmasi