Səlahət Ağayev "Sumqayıt"a qarşı oynamayacaq

10:53 - 23 Aprel 2023

 

“Qəbələ” Misli Premyer Liqasının XXXI turunun “Sumqayıt”la oyununun hazırlıq prosesini başa vurub.

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar”ın qapıçısı Səlahət Ağayev bu matçı buraxacaq. O, zədə səbəbindən görüşdə iştirak etməyəcək.

Xatırladaq ki, bu gün “Kapital Bank Arena”da baş tutacaq “Sumqayıt” – “Qəbələ” qarşılaşması saat 18:00-da başlayacaq.

Xəbər xətti