Millinin üzvü: "Biz idmanda kifayət qədər istedadlıyıq"

13:45 - 25 Aprel 2023

Xorvatiya millisinin və "Çelsi"nin yarımmüdafiəçisi Mateo Kovaçiç millinin beynəlxalq yarışlardakı uğurlu çıxışının səbəbini açıqlayıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kovaçiç bunu daha çox kiçik ölkələrin insanlarının xarakteri ilə əlaqələndirib:

"Biz idmanda kifayət qədər istedadlıyıq. Xüsusən də ölkəmizdə dörd milyondan az insanın yaşadığını nəzərə alsaq! Xorvatiya idmanı, xüsusən də futbolu sevən ölkədir. 2018-ci və 2022-ci il dünya çempionatından sonra insanların bizi necə qarşıladığını görə bilərsiniz. Biz istedadlıyıq, həmçinin döyüşmək və haradan gəldiyimizi göstərmək imkanı verən xarakterimiz var. Biz kiçik ölkə olsaq da, böyük nailiyyətlər əldə edə bilərik. Biz özümüzü vahid bir bütöv kimi hiss edirik".

28 yaşlı futbolçu “Dinamo”(Zaqreb) yetirməsidir. O, “İnter” və “Real”da oynadıqdan sonra 2018-ci ildə “Çelsi”yə keçib.

Xəbər xətti