Braziliya Pernambukano Liqasının "Retro" ilə həlledici görüşündə (2:1; 2:2) komandasının vacib qollarından birinə imza atan "Sport Resife"nin hücumçusu Vaqner Lav oyundan sonra mətbuata açıqlamasında gənc futbolçularla zarafatlaşıb.
Sportal.az "Globo"ya istinadən xəbər verir ki, 38 yaşlı hücumçu gənclərin ondan daha çox qaçmalı olduğunu deyib:
"Gənc vaxtlarımda təcrübəli oyunçulardan birinin necə qaçdığını gördüm. O zaman qardaşıma dedim ki, mən ondan daha çox qaçmalı, daha çox işləməliyəm. Bu gün gənclərə deyirəm ki, məndən az iş görə bilməzsiniz. Onlar məndən çox qaçmalıdırlar (gülür)".
Vaqner 2022-ci ildən “Sport Resife”də oynayır. O, 40 matçda 18 qol vurub, 3 assist edib.
Braziliya millisinin sabiq forvardı, “Palmeyras”, ÇSKA, “Flamenqo”, “Korintians”, “Monako”, “Alanyaspor”, “Beşiktaş”, “Kayrat” kimi klublarda oynayıb.
saytlarin hazirlanmasi