"Qəbələ" üçün 10-cu yarımfinal

10:10 - 27 Aprel 2023

Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start verilib. “Qəbələ” aprelin 27-də “Səbail”lə üz-üzə gələcək. Finala vəsiqə qazanmaq üçün mübarizə aparan “qırmızı-qaralar” ilk görüşdə 3:2 hesabı ilə qalib gəlib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Qəbələ" cari mövsüm kubokda məğlubiyyətsiz irəliləyir. 1/8 finalda “Araz Naxçıvan” (5:0), 1/4 finalda “Qarabağ”la (2:2, 1:0) görüşən “Qəbələ” 4 matçda 3 qələbə və 1 heç-heçəyə nail olub.

Bu, klub tarixində 10-cu yarımfinal duelidir. Kubokda 2005/06 mövsümündə debüt edən “qırmızı-qaralar” 18 cəhddən 8-də mübarizəni daha erkən dayandırıb.

Əvvəlki 9 yarımfinaldan dördündə mərhələ adlayan “Qəbələ” bir dəfə (2018/19) kubokun qalibi, üç dəfə (2013/14, 2016/17, 2017/18) finalçısı olub. Dörd dəfə “qırmızı-qaralar” mövsümü yarımfinalda başa vurub. Koronavirus pandemiyası üzündən yarımçıq qalan 2019/20 mövsümündə isə bu mərhələnin görüşləri baş tutmayıb.

“Səbail” üzərində qazanılan qələbə yarımfinalın ilk oyunlarındakı 4-cü uğurlu nəticədir. Əvvəlki üç cəhddə Elmar Baxşıyevin komandası üstünlüyünü əldən verməyərək finala adlayıb.

Ümumilikdə isə “ASCO Arena”dakı qarşılaşma kubokda 79-cu sınaq olacaq. 42 qələbə və 19 heç-heçəsi olan “qırmızı-qaralar” 17 dəfə uduzub. 131 qol vuran futbolçularımız 75 top buraxıb.

“Qəbələ” Azərbaycan kubokunun yarımfinalında 

2007/08 Qəbələ - Xəzər-Lənkəran 1:3, 1:1 

2008/09 İnter (Bakı) - Qəbələ 5:0, 0:2

2013/14 Qəbələ - Xəzər Lənkəran 3:0, 1:1

2015/16 Neftçi (Bakı) - Qəbələ 1:1, 1:1, p.4:3

2016/17 İnter (Bakı) - Qəbələ 1:3, 0:2

2017/18 Qəbələ - Neftçi (Bakı) 1:2, 3:1

2018/19 Qəbələ - Qarabağ (Ağdam) 1:0, 1:2

2019/20 Qəbələ - Zirə (Bakı) koronavirus pandemiyası üzündən baş tutmayıb

2021/22 Qəbələ - Qarabağ (Ağdam) 1:3, 0:5

2022/23 Qəbələ - Səbail (Bakı) 3:2

 

Xəbər xətti