Murad Musayev: "Məqsədimiz finala vəsiqə qazanmaqdır"

10:49 - 27 Aprel 2023

"Sumqayıt"la matçda 0:2 geridə düşdükdən sonra geridönüş edərək qələbə qazana bildik. Təbii ki, bu qələbə bizim üçün çox yaxşı alındı və motivasiya baxımından da üstünlük qazandırdı. Onsuzda biz hər oyuna qələbə üçün çıxırıq. "Səbail"lə matçda da qələbə üçün çalışacağıq. Komanda olaraq özümüzə çox inanırıq".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qəbələ"nin müdafiəçisi Murad Musayev deyib. 

Bölgə klubunun aparıcı üzvü bu gün ölkə kubokunun yarımfinal mərhələsinin "Səbail"lə cavab görüşündən gözləntilərini bölüşüb. Bununla yanaşı, "Qəbələ"nin final şanslarını dəyərləndirib: "Fikrimiz və məqsədimiz finala vəsiqə qazanmaqdır. Ancaq şanslar eynidir. Hansısa komandanın şansının daha çox olduğunu deməzdim. Həm biz, həm də rəqib final üçün oynayacaq".

Ölkə kubokunun yarımfinal mərhələsinin “Səbail” – “Qəbələ” görüşü 20:00-da başlayacaq. İlk matç qəbələlilərin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Mirbağırağa
 

Xəbər xətti