“"Formula 1" üzrə Azərbaycan Qran Prisi 2026-cı ilə qədər Bakıda keçiriləcək.
Sportal.az xəbər verir ki, Bakı mərhələsinin təşkilatçıları "Formula 1" ilə yeni üç illik müqavilə imzalayıblar.
"Royal Races" in prezidenti və baş icraçı direktoru Stefano Domenikali vəziyyəti belə şərh edib:
"Bakıdakı şəhər dövrəsi "Formula-1" yarışları üçün çox məşhur məkana çevrilib. Bu, həmişə dramla dolu olan və son zamanların ən maraqlı yarışlarına ev sahibliyi edən inanılmaz yarış dövrəsidir. Biz Azərbaycanla əlaqələri genişləndirməkdən şadıq və birgə inkişafın davamını gözləyirik".
saytlarin hazirlanmasi