"Qəbələ" üçün Premyer Liqada 500-cü oyun

13:16 - 1 May 2023

“Qəbələ” Misli Premyer Liqasının 32-ci turunda “Səbail”lə qarşılaşacaq.

Sportal.az xəbər verir ki, bu gün baş tutacaq oyun Qəbələ şəhər stadionunda keçiriləcək.

Bu matç “qırmızı-qaralar”ın tarixinə Premyer Liqadakı 500-cü oyunu kimi düşəcək. Azərbaycan çempionatının yüksək dəstəsində 2006/07 mövsümündə debüt edən komand indiyədək 499 görüşə çıxıb.

“Qəbələ” 17 mövsüm ərzində 195 qələbə qazanıb, 136 heç-heçə edib və 168 dəfə uduzub. Bu oyunlarda 607 qol vuran bölgə klubu 561 qol buraxıb. “Qırmızı-qaralar” Premyer Liqada 721 xal toplayıb.

“Qəbələ” çempionatın tarixində 500 və daha çox oyun keçirən 7-ci komanda olacaq. Qəbələ şəhər stadionundakı matç 250-ci ev görüşüdür. Digər 250 matç səfərdə baş tutub.

Xatırladaq ki, “Qəbələ” Premyer Liqada ilk oyununu 2006-cl il avqustun 5-də keçirib. Həmin vaxt “Gilan” adlanan komanda “İnter”lə ev sınağında qolsuz heç-heçə edib. 

Xəbər xətti