AFFA və Peşəkar Futbol Liqasının (PFL) bir qrup nümayəndəsi Zaqatalaya səfər edib.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, qonaqlar rayonun eyniadlı komandasının mövcud şəraiti və problemləri ilə yaxından maraqlanıb.
Eyni zamanda, Premyer Liqada iştirak üçün təqdim olunmuş lisenziyalaşdırma sənədləri yerində yoxlanılıb.
"Zaqatala"nın ev oyunlarını qəbul etdiyi Olimpiya Kompleksinin stadionunu və bazanı təftiş edən müsafirlər özləri üçün bəzi qeydlər götürüb.
Düzdür, Bakıdan gələnlər klub rəsmilərinə "hazırlaşın, növbəti mövsüm Premyer Liqada oynayacaqsız" deməyib, amma ümumən gələcəklə əlaqəli ümidverici danışıblar.
Bildiriblər ki, AFFA və PFL elitada region mənsublarının sayının çox olmasını istəyir və yaxın vaxtlarda bununla əlaqəli qərar veriləcək.
saytlarin hazirlanmasi