"Qəbələ" braziliyalının müqavilə müddətini uzatmağı planlaşdırır

13:31 - 9 May 2023

"Qəbələ" aparıcı futbolçularından olan Felipe Santosu komandada saxlamağa çalışacaq.

Sportal.az saytına verilən məlumata görə, bölgə klubunun rəhbərliyi braziliyalı vingerlə müqavilə müddətini artırmaq haqda düşünür.

Bunun üçün Felipe ilə bu haqda danışıqlar aparılacaq. Santosun yeni mövsüm "Qəbələ"də qalıb-qalmayacağı ölkə kubokunun final görüşündən sonra bəlli olacaq.

Təcrübəli futbolçu “Palmeyras”, “Ankaran”,  “Maribor”(hər ikisi Sloveniya) və “Şamaxı” klublarında oynayıb.
 

Xəbər xətti