Premyer Liqanın üç klubu "Qəbələ"lini istəyir

11:17 - 10 May 2023

"Qəbələ"nin futbolçusu Rövlan Muradov yeni mövsümə fərqli komandada başlaya bilər.

Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçinin xidmətində ölkə xaricində və Azərbaycan Premyer Liqasında maraqlı olan klublar var.

Muradovu heyətinə qatmaqda iddialılardan biri “Sumqayıt”dır. “Gənclik şəhəri” təmsilçisi yeni mövsüm üçün Premyer Liqadakı yerini qoruyub-saxlayarsa, Rövlanı komandaya cəlb etmək üçün yayda onunla danışıqlar aparacaq.

Bundan öncə, mətbuatda yayılan xəbərlərə inansaq, “Neftçi” və “Zirə” də “Qəbələ”nin futbolçusunu istəyir.

Xəbər xətti