"Kəpəz"in legioneri: "Təzyiq altında oynamağa öyrəşmişik" - MÜSAHİBƏ

16:17 - 17 May 2023

"Kəpəz" in futbolçusu Giorgi Kantariya Sportal.az saytına müsahibə verib. 

- "Zirə"yə qarşı matç haqda nə düşünürsən? Matç sizin üçün necə alndı? 

- "Zirə" yaxşı komandadır. Onlar avrokubok uğrunda mübarizə aparır. Hamımız anlayırdıq ki, çətin oyub olacaq, ciddi hazırlaşmışdıq. Oyunu bəyəndim, hər iki komanda yaxşı və hücumameyilli oynadı, onlar da, biz də qalib gəlmək istəyirdik. Çox heyf ki, qalib gələ bilmədik. 

- Səncə, "Zirə"yə qalib gələ bilərdiz? Nə çatışmadı? 

- Qalib gələ bilərdik, məğlubiyyət də mümkün idi. Hər iki komandanın qalib gəlmək üçün imkanları oldu. İkinci yarının əvvəlində səhvlərimiz olmasaydı, qalib gələrdik. Komandamız layiqli oynadı, oyunda diqtə edən tərəf idik. 

- Qarşıda sizi Neftçi və Qəbələ ilə oyunlar gözləyir.... 

- Bizim heç bir rəqiblə asan oyunumuz olmayıb. Təzyiq altında oynamağa öyrəşmişik. "Neftçi" və "Qəbələ" yaxşı komandalardır. Onlarla qarşılaşmışıq. Xal qazanmaq üçün necə oynamaq lazım gəldiyini bilirik. Məğlubiyyətsiz komanda yoxdur. Hər şey öz əlimizdədir. 

- Onları məğlub etmək müçkün olacaq? 

- Qalib gəlmək üçün hazırlaşacağıq. Mümkünsüz heç nə yoxdur. Əsas istək və özümüzə inansaq, hər şey ola bilər. Qalanını isə oyunun gedişi göstərək.

Mirbağırağa

Xəbər xətti