"Kəpəz"in futbolçusu Mate Kvirkvya ailə həyatı yolunda ilk addımı atıb.
Sportal.az xəbər verir ki, gürcü yarımmüdafiəçi sevgilisi Mariam Akobadzeyə Bakıda elvilik təklifi edib. 26 yaşlı futbolçu həmin görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Xanım Matenin evlənmək təklifini qəbul edib.
Qeyd edək ki, Mate Kvirkviya mövsümün əvvəlində "Kəpəz"ə keçib. O, Gəncə təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi