Premyer Liqa klubu daha bir legionerini göndərmək istəyir

12:34 - 27 May 2023

Premyer Liqadakı yerini qoruyub-saxlayan "Sumqayıt" yayda heyətdə köklü dəyişikliklərə gedəcək.

Sportal.az saytına verilən məlumata görə, "kimyaçılar" əksər legionerlərini komandadan göndərəcək. Onların əvəzinə isə yeni legionerlər "Sumqayıt"a dəvət ediləcək. Yeni mövsüm baş məşqçinin siyahısında yer almayan futbolçulardan biri də Terrens Tisdelldir.

Son anda ona ehtiyac duyulmazsa, liberiyalı yayda komandadan göndəriləcək. 25 yaşlı futbolçu "Sumqayıt"a qədər "Kocaelispor", "Botoşani klublarında oynamışdı. 

Xəbər xətti